Qarabağ üçün yeni həll “modeli” – Erməni nazir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Dağlıq Qarabağ olmadan Qarabağ konfliktinin həlli ilə bağlı danışıqlar prosesi effektiv ola bilməz.

Turkustan.info xəbər verir ki, bunu “Azadlıq radiosu”na müsahibəsində Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan deyib.

“Uzun illər ərzində o zamankı dövrün reallıqlarını əks etdirən format mövcud olub. Dağlıq Qarabağ özünün yeni imkanları ilə siyasi vahiddir. Onun 150 min əhalini təmsil edən seçilmiş hakimiyyəti var. Bizim üçün məsələ praktikdir. Ona görə ki, əgər Dağlıq Qarabağ bu prosesə münasibətdə sahiblik hiss etmirsə, danışıqlar prosesi effektiv ola bilməz. Bizim yanaşmamız belədir”, – deyə o bildirib.

O, erməni tərəfinin danışıqlar prosesini dağıtmaq üçün heç nə etməyəcəyini, eləcə də danışıqlardan imtina etməyəcəyini deyib.

Jurnalistin “Rusiya, İran və Türkiyə kimi regional oyunçuların maraqları nəzərə alınmadan Ermənistan, Qarabağ və Azərbaycanın maraqlarının birləşdirildiyi paket formalaşdırmaq mümkündürmü?” sualına Mnatsakanyan müsbət cavab verib:

“Danışıqların bütün mənası bundadır. Ona görə mən deyirəm ki, bu illər ərzində çoxlu fərqli yanaşmalar və ideyalar formalaşdırılıb. Onların birləşdirilməsində həll tapmaq mümkün olmalıdır. Əgər biz buna belə yanaşmasaq, danışıqların əhəmiyyəti azalır. Birləşmə bu maraqların bərabərliyidir. Burada belə bir şey mümkündür, amma bu həddən artıq çətindir”.  /Axar.az/

Vətənim Media Shorts

YouTube-da aç ↗