Həftənin ilk iş gününə olan HAVA PROQNOZU açıqlandı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Mayın 27-ə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İstixeber.info-ya verilən məlumata əsasən, hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.

REKLAM

Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 18-21° isti, gündüz  23-26° isti, Bakıda gecə 19-21° isti, gündüz  23-25°  isti təşkil edəcək. Atmosfer  təzyiqi  758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz 50-55 %  olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz  26-31° isti, dağlarda gecə 10-15° isti,  gündüz 18-23°  isti təşkil edəcək.

İstixeber.info

Vətənim Media Shorts

YouTube-da aç ↗