Neftçalada 29 yaşlı gənc güllələndi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Neftçala sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

Report xəbər verir ki, hadisə rayonun Astanlı kəndində baş verib.

Kənd sakini, 1990-cı il təvəllüdlü Fərzəliyev Şəhrizad Nail oğlu sağ bud nahiyəsindən aldığı güllə yarası ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının dediyinə görə, o, Məhəbbət adlı şəxs tərəfindən güllələnib.

Faktla bağlı araşdırma aparılır.

 

Vətənim Media Shorts

YouTube-da aç ↗