Yevlaxda inək qəzaya səbəb oldu – Ana və övladı xəsarət aldı
Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
◷ 16 Oktyabr 2019 · 11:05 · ◉ 1. 604 Maraq göstəricisi
· ● 0 nəfər hazırda oxuyur
Yevlaxda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Yevlax rayonu Aran qəsəbəsində VAZ-2107 markalı avtomobil Jeep markalı avtomobilə toqquşub.
Qəza nəticəsində VAZ 2107 də olan sərnişlər Samux rayon sakinləri Təranə Ələkbərova və onun azyaşlı övladı xəsarət alıb. Onlar dərhal Yevlax şəhər Mərkəzi xəstəxanasına aparılıb. Xəstəxanada İstixeber.info-ya verilən məlumata görə, azyaşlınln vəziyyəti yaxşıdır. Təranə Ələkbərova isə başından və ayağından əməliyyat edilib, vəziyyəti qənaətbəxşdir.
Aldığımız məlumatlara görə, qəzaya anidən avtomobil yoluna çıxan inək səbəb olub.