AzTU-da sərgi: dəyəri 5 min manatdan baha olan əl işi müsabiqəyə çıxarılıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Azərbaycan Texniki Universitetinin (AzTU)
Tələbə Həmkarlar İttifaqı Komitəsi
tələbələrin rəsm və əl işlərindən ibarət
sərgi-müsabiqə keçirir.

AzTU-nun mətbuat xidmətindən Vetenim.Az-a verilən məlumata görə, Sərgidə universitetin tələbələrinin 36 rəsm və əl işi nümayiş olunur.
Onların arasında ən qiymətlisi dəyəri 5 min manatdan baha olan gəmi maketidir. Maketi almaq üçün sahibinə 5 min manat təklif olunsa da, o, əsərini satmaqdan imtina edib.

Sərgidə nümayiş olunan bütün əl işi və rəsm əsərləri şifrələnib, qaliblərin seçimi gizli üsulla aparılır.

Qaliblərin mükafatlandırılma mərasimi noyabrın 15-də keçiriləcək.

 

 

Vetenim.Az

 

Vətənim Media Shorts

YouTube-da aç ↗