Qadın qəza törətdi, yük avtomobili aşdı…

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Ucar rayonunda qadın sürücü yol-nəqliyyat hadisəsi törədib.

Hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonun Çini kəndindən keçən hissəsində qeydə alınıb.

Xanım sürücünün idarə etdiyi “Nissan” markalı avtomobillə “Qazel” markalı yük maşını toqquşub. Hər iki maşına ciddi ziyan dəyib, “Qazel” markalı avtomobil yoldan çıxaraq aşıb.

Faktla bağlı araşdırma aparılır.

Aydan.

Vətənim Media Shorts

YouTube-da aç ↗