Hava kəskin dəyişəcək – XƏBƏRDARLIQ

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Günlərdir sərin keçən havanın temperaturu sabah axşamdan bir az da aşağı düşəcək. Bakıda külək, bölgələrdə isə yağış və dolu gözlənilir. Ümumilikdə ölkə ərazisində temperatur 10 dərəcəyədək enəcək.

Milli Hidrometeorologiya Xidmətinin baş hidroloqu Asif Verdiyev bildirib ki, avqustun 21-i axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq avqustun 24-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi gözlənilir.

Qərb küləyinin ayrı ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu tədricən 5-10 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında isə avqustun 21-i axşamdan avqustun 24-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətiningecə və səhər yarımadanın bəzi yerlərində arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10 dərəcə aşağı enəcək.

 

Vətənim Media Shorts

YouTube-da aç ↗