Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın baş verib.Bu barədə Oxu24.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yardımlı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.Yanğınsöndürənlərin müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.Yanğın nəticəsində 2 ha sahədə quru ot yanıb.Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı tikililər və hava elektrik xətləri yanğından mühafizə olunub.
Mənbə: oxu24.com
Əsas mənbə: oxu24.com
