Yer kürəsində sentyabrın 24-də maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. Oxu24.com xəbər verir ki ,bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb.Gözlənilən maqnit qasırğası Günəşin səthində yaranan irihəcmli tac dəliyindən qaynaqlanacaq. Sentyabrın 24-də, yəni cümə axşamı, payızın ikinci maqnit qasırğasının baş verməsi ehtimal olunur.Bu hadisə yaxın günlərdə Günəşdə baş verən proseslər arasında əsas diqqət çəkən təbiət hadisələrindən biri olacaq./yenisabah/
Mənbə: oxu24.com
Əsas mənbə: oxu24.com
