Azərbaycanın və SSRİ-nin Xalq artisti Zeynəb Xanlarovanın İstanbulda əməliyyat olunması barədə yerli media xəbər yayıb.Məlumatda sənətkarın Türkiyədə implant əməliyyatı keçirdiyi qeyd olunub.Yayılan informasiya ilə bağlı Oxu24.com-a açıqlama verən müğənninin stilisti Rəşad Əliyev bildirib ki, xəbər doğru deyil.”Zeynəb xanım İtaliyadadır və səhhəti əla vəziyyətdədir.Xahiş edirik yalan xəbərlərə inanmayın!”,-deyə Rəşad Əliyev bildirib.Qeyd edək ki,Zeynəb Xanlarova Azərbaycanın ən nüfuzlu sənətkarlarından biri hesab olunur.Əfsanəvi müğənni hazırda 89 yaşındadır.Nigar
Mənbə: oxu24.com
Əsas mənbə: oxu24.com
