Salyanda yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.Oxu24.com-un məlumatına görə, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki, Bakının Binəqədi rayon sakini, 1985-ci il təvəllüdlü Tağıyev Sərxan Hicran oğlu idarə etdiyi “Volvo” markalı “TIR” yük maşını ilə hərəkətdə olarkən Neftçala rayonunun Ərəbqardaşbəyli kənd sakini, 1963-cü il təvəllüdlü Kərimov Əlvan Mikayıl oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və “VAZ-2107″nin sərnişinləri, Neftçala rayon sakinləri, 1984-cü il təvəllüdlü Eyniyeva Şəhla Ağacan qızı, 2013-cü il təvəllüdlü E.F, 2015-ci il təvəllüdlü E.R müxtəlif dərəcəli xəsarətlər alıblar.Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.Bundan əlavə Salyanda minik avtomobili aşıb, xəsarət alanlar var.Hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Məmmədova Şəlalə Habil qızının idarə etdiyi minik avtomobili anidən idarəetmədən çıxaraq yolun kənarına aşıb.Qəza zamanı avtomobilin sürücüsü və sərnişinlər Bakı şəhər sakinləri, 1977-ci il təvəllüdlü Məmmədova Könül Əli qızı, 2022-ci il təvəllüdlü M.T müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Xəsarət alanlar Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.Faktla bağlı araşdırma aparılır.Report
Mənbə: oxu24.com
Əsas mənbə: oxu24.com
