Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.Bu barədə Oxu24.com-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Bildirilib ki, ziyarət zamanı 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidəsinin önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyünün bərpası və dövlətimizin suverenliyi uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Mənbə: oxu24.com
Əsas mənbə: oxu24.com
