Ukraynanın paytaxtı Kiyev ətrafında mərkəzi “Stolıçnı” kənd təsərrüfatı bazarı Rusiya ordusunun reaktiv dron hücmuna məruz qalıb.Oxu24.com -un məlumatına görə, hücum nəticəsində Azərbaycan vətəndaşı, Kürdəmir rayon sakini, 1978-ci il təvəllüdlü Abbas Abbasov ölüb.O, bazarda ticarətlə məşğul olurmuş.Hücum zamanı daha bir neçə azərbaycanlı yaralanıb. Onların kimliyi müəyyənləşdirilir.(Report)
Mənbə: oxu24.com
Əsas mənbə: oxu24.com
