Kürdəmirdə ildırım vurması nəticəsində bir nəfər ölüb.Oxu24.com məlumatına görə, hadisə bu gün rayonun Şıxımlı kəndində baş verib.Belə ki, ərazidə çobanlıq edən Ağsu rayonunun Qasımbəyli kənd sakini, 1975-ci il təvəllüdlü Hacalıyev Zahir Vahid oğlunu ildırım vurub.O, hadisə nəticəsində həyatını itirib.
Mənbə: oxu24.com
Əsas mənbə: oxu24.com
