Orta Dəhlizin inkişafı – qlobal logistikanın ən mühüm vəzifələrindən biridir – Dünya Bankı

Şrift
🔊 Xəbəri dinlə — Babək
Orta Dəhlizin inkişafı – qlobal logistikanın ən mühüm vəzifələrindən biridir – Dünya Bankı

Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (TBND) yüksək
səviyyəli ticarət-iqtisadi dəhlizə çevrilməsi qlobal logistikanın
ən mühüm vəzifələrindən biridir.

Trend xəbər verir ki, bunu Dünya Bankının nəqliyyat
məsələləri üzrə baş iqtisadçısı Muniza Alam cümə axşamı Dünya Bankı
Qrupunun “Orta Dəhliz: növbəti mərhələ” mövzusunda keçirilən onlayn
tədbiri zamanı deyib.

“Transxəzər nəqliyyat dəhlizinin dünya standartlarına cavab
verən yüksək səviyyəli ticarət-iqtisadi dəhlizə çevrilməsi, bəlkə
də, bu gün qlobal logistikanın qarşısında duran ən mürəkkəb və
mühüm vəzifələrdən biridir”, – deyə o bildirib.

M.Alamın sözlərinə görə, bu vəzifə mürəkkəbdir, çünki
söhbət dünyanın ən uzun multimodal dəhlizlərindən birindən gedir.
Onun uzunluğu 10 000 kilometrdən çoxdur və bütün marşrut boyunca
daşımalar üçün maneələr və əlavə çətinliklər yaradan amillər
mövcuddur.

“Burada müxtəlif nəqliyyat növləri ilə bağlı
problemlər, əməliyyat çətinlikləri, eləcə də institusional maneələr
var. Buna görə də bu dəhlizin istismarı kifayət qədər mürəkkəb
vəzifədir.

Lakin eyni zamanda, bu, hazırda mövcud olan ən mühüm
dəhlizlərdən biridir. Bu dəhliz Asiya ilə Avropanı birləşdirən
marşrutlardan biridir və keçdiyi bütün ölkələr üçün unikal imkanlar
yaradır”, – deyə o bildirib.

O qeyd edib ki, Mərkəzi Asiyanın beş ölkəsi üçün
dəhliz bütün növ yüklərin dünya bazarlarına çıxışı baxımından
həyati əhəmiyyət daşıyan nəqliyyat bağlantısını təmin edir.


<!—->
<!—->

(function(containerId) {
if (typeof window.loadAdVideoZL === ‘undefined’) {
window.loadAdVideoZL = new Promise((resolve, reject) => {
import(‘/vast_test/main.js?20260507001’)
.then(module => {
window.initAdVideoZL = module.default;
resolve(window.initAdVideoZL);
})
.catch(reject);
});
}

window.loadAdVideoZL.then((initAdVideoZL) => {
initAdVideoZL(containerId);
});
})(‘ad-video-container-6abe2e8a11a9a’);

“Cənubi Qafqaz, eləcə də Türkiyə üçün bu dəhliz Şərqi
Asiya, Avropa, həmçinin Mərkəzi Asiyaya yüklərin daşınması üçün
daha birbaşa marşrut təqdim edir. Avropanın və Şərqi Asiyanın son
təyinatlı regionları üçün isə konteyner yüklərinin daşınması üçün
alternativ marşrut yaradır”, – deyə M.Alam bildirib.

Əsas mənbə: Trend

Vətənim Media Shorts

YouTube-da aç ↗