Bəhrəlidə avtomobilin vurduğu 13 yaşlı məktəbli xəstəxanada vəfat edib

Şrift
🔊 Xəbəri dinlə — Babək
Bəhrəlidə avtomobilin vurduğu 13 yaşlı məktəbli xəstəxanada vəfat edib

30 sentyabrda Quba rayonunun Bəhrəli kəndində yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Pirmuradova Gülay Şöhrət qızı avtomobil tərəfindən vurulub.

Ağır xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən qıza açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, döş qəfəsinin kontuziyası və qarın boşluğunun küt travması diaqnozları qoyulub.

Vəziyyəti ağır olduğundan müalicəsi reanimasiya şöbəsində davam etdirilən Gülay Pirmuradovanın həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada vəfat edib.

Məlumatda qeyd edilir ki, mərhum Rəhman Məmmədov adına Çinarlı kənd tam orta məktəbinin 8-ci sinif şagirdi olub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗