Astarada torpaq yolda avtomobil aşması nəticəsində 60 yaşlı sürücü vəfat edib

Şrift
🔊 Xəbəri dinlə — Babək
Astarada torpaq yolda avtomobil aşması nəticəsində 60 yaşlı sürücü vəfat edib

APA-nın cənub bürosunun məlumatına görə, Astaranın Hamuşam kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib və bir nəfər ölüb.

Qəza 1966-cı il təvəllüdlü kənd sakini Əlikram Ağayevin idarə etdiyi VAZ-2121 (Niva) markalı avtomobilin torpaq yolda hərəkət zamanı idarəetmənin itirilməsi nəticəsində yol kənarına aşması ilə qeydə alınıb.

Hadisə yerində vəfat edən 60 yaşlı sürücünün meyiti aidiyyəti orqanlara təhvil verilib.

Məlumata görə, Əlikram Ağayev əvvəllər kənd məktəblərindən birində müəllim kimi çalışıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗