COMEX-də dekabr 2026 fyuçersləri üzrə qızıl və gümüşün qiyməti düşüb

Şrift
🔊 Xəbəri dinlə — Babək
COMEX-də dekabr 2026 fyuçersləri üzrə qızıl və gümüşün qiyməti düşüb

APA-Economics-in birja məlumatlarına görə, Nyu-Yorkun COMEX birjasında dekabr 2026 fyuçersləri üzrə qızılın bir troya unsiyası (təxminən 31,1 qram) üzrə qiyməti 0,07% azalaraq 4 154 ABŞ dollarına enib.

Həmin müddətə hesablanan gümüş fyuçerslərinin bir unsiyası üzrə qiyməti isə 0,51% geriləyərək 60,99 dollara düşüb. Eyni vaxtda qlobal fond bazarlarının əsas indeksi göstəricilərində yüksəliş qeyd olunub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗