UEFA Millətlər Liqasında IV turda 10 qarşılaşma keçirilib

Şrift
🔊 Xəbəri dinlə — Babək
UEFA Millətlər Liqasında IV turda 10 qarşılaşma keçirilib

UEFA Millətlər Liqasının IV turu 6 oktyabr tarixində başa çatıb. Bu tur çərçivəsində ümumilikdə 10 oyun keçirilib.

A Liqasında iki görüş oynanılıb: Xorvatiya İspaniyanı qəbul edib, İngiltərə isə Çexiya ilə qarşılaşıb. B Liqasında Şotlandiya Sloveniyaya, İsveçrə isə Şimali Makedoniya ilə üz-üzə gəlib.

Günün nəticələri: Qazaxıstan – Farer adaları 2:2; Xorvatiya – İspaniya 1:2; İngiltərə – Çexiya 3:0; Şotlandiya – Sloveniya 1:2; İsveçrə – Şimali Makedoniya 3:0; Albaniya – San-Marino 2:1; Belarus – Finlandiya 1:0; Moldova – Slovakiya 0:4; Estoniya – İslandiya 0:0; Lüksemburq – Bolqarıstan 0:2.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗