Vətənim Media xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio ABŞ, Danimarka və Qrenlandiya arasında əldə olunmuş razılaşmanın Arktikada təhlükəsizlik vəziyyətinə təsir edəcəyini bildirib. Onun sözlərinə görə, sənəd NATO-nun ümumi təhlükəsizliyinin möhkəmlənməsinə də töhfə verəcək.
Rubio bu fikirləri Afinada çıxışı zamanı səsləndirib. O, razılaşmanın hər üç tərəfin, eləcə də Avropa və NATO-nun təhlükəsizliyini gücləndirdiyini deyib. Dövlət katibi təşəbbüsü müttəfiqlərin ayrı-ayrılıqda malik olduqları imkanlardan daha güclü birlik yaratmaq məqsədi ilə əlaqələndirib.
Əsas mənbə: APA
