Azərbaycan və Ermənistan TRIPP çərçivəsində elektrik xətlərini müzakirə edib

Şrift
🔊 Xəbəri dinlə — Babək
Azərbaycan və Ermənistan TRIPP çərçivəsində elektrik xətlərini müzakirə edib

Vətənim Media xəbər verir ki, oktyabrın 8-də Ermənistanın Gorus şəhərində Azərbaycan və Ermənistan qurumlarının nümayəndələri TRIPP layihəsi üzrə texniki görüş keçiriblər. Tərəflər layihə çərçivəsində elektrik xətlərinin çəkilişi ilə bağlı məsələləri nəzərdən keçiriblər.

Görüşdə elektrik xətlərinin inşasına dair texniki məqamlar və bu istiqamətin müxtəlif aspektləri barədə fikir mübadiləsi aparılıb. İştirakçılar qurumlararası əlaqələndirməyə, eləcə də işlərin davam etdirilməsi üçün atılmalı olan növbəti addımlara diqqət yetiriblər.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗