Vətənim Media xəbər verir ki, Yasamal Rayon Yanğından Mühafizə Hissəsində məktəblilər üçün “açıq qapı günü” təşkil edilib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin keçirdiyi tədbirdə Avropa Azərbaycan Məktəbinin şagirdləri, müəllimləri və tərbiyəçiləri iştirak ediblər.
İştirakçılara hissənin fəaliyyəti və yanğınsöndürənlərin gündəlik işi barədə məlumat verilib. İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları, əməkdaşların məşqləri, eləcə də fövqəladə hallarda tətbiq olunan xilasetmə texnikası və avadanlıqları nümayiş etdirilib. Şagirdlər təhlükəli vəziyyətlərdə davranış qaydaları ilə tanış olub, suallarını ünvanlayıblar. Tədbirin məqsədi uşaqlarda təhlükəsiz həyat davranışını və ilkin yanğın təhlükəsizliyi biliklərini formalaşdırmaqdır.
Əsas mənbə: APA
