Vətənim Media xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Qars–İğdır–Aralık–Dilucu dəmir yolu layihəsinin davam etdiyini bildirib. Onun sözlərinə görə, 224 kilometr uzunluğunda nəzərdə tutulan xətt Türkiyə, Ermənistan və Azərbaycan arasında dəmir yolu əlaqələrinin gücləndirilməsinə xidmət edəcək.
Uraloğlu regionda nəqliyyat bağlantılarının inkişafı və dəmir yolu şəbəkəsinin genişləndirilməsi istiqamətində yeni layihələrin həyata keçirildiyini qeyd edib. Nazir xəttin Türkiyənin qonşu ölkələrlə dəmir yolu əlaqələri baxımından əhəmiyyətini vurğulayıb. Layihənin nə vaxt başa çatacağı barədə açıqlamada məlumat verilməyib.
Əsas mənbə: APA
