Bir neçə il əvvəl xanəndə Fehruz Səxavət müsahibələrinin birində demişdi:”Cahangir Cahang…

Şrift
Bir neçə il əvvəl xanəndə Fehruz Səxavət müsahibələrinin birində demişdi:”Cahangir Cahang…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Bir neçə il əvvəl xanəndə Fehruz Səxavət müsahibələrinin birində demişdi:"Cahangir Cahang….

Bir neçə il əvvəl xanəndə Fehruz Səxavət müsahibələrinin birində demişdi:"Cahangir Cahangirov yazdığı əsəri Üzeyir Hacıbəylinin yanına gətirir. Üzeyir bəy soruşur ki, adın nədir? Deyir, Balaqədeş.

Əsərdən xoşu gəldiyi üçün dərhal gənc bəstəkarın gələcəyini düşünür. Soruşur ki, soyadın nədir? Deyir ki, Cahangirov.

Üzeyir bəy deyir ki, bundan sonra sən oldun Cahangir Cahangirov. Məhz ondan sonra gənc bəstəkar rəsmi şəkildə Balaqədeş adını Cahangir adı ilə əvəz edir". Bəs Cahangir Cahangirov əslində kimdir?

Cahangir Şirgəşt oğlu Cahangirov 20 iyun 1921-ci ildə Balaxanıda doğulub. A. Zeynallı adına Bakı Musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.

Cahangir Cahangirovun xor sahəsindəki yaradıcılığı əsası Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır.1949-cu ildən başlayaraq bəstəkar Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə işləyib. Müəllifin yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib. Habelə o, Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb.

Əməkdar incəsənət xadimi (1958), xalq artisti (1963), SSRİ dövlət mükafatı laureatıdır(1950). Cahangir Cahangirovun maraqlı əsərlərindən "Arazın o tayında" poemasını, 12 hissədən ibarət "Dostluq mahnısı" kompozisiyasını, "Azad" və "Xanəndənin taleyi" operalarının xor nömrələrini, "Füzuli", "Nəsimi", "Aşıq Alı" kantatalarını, "Sabir" oratoriyasını, Süleyman Ələsgərovla birlikdə yazdığı odanı, onlarca xor miniatürlərini göstərmək olar. Sadalanan əsərlərdən xüsusilə "Füzuli" kantatası Cahangir Cahangirova böyük şöhrət gətirib.

O, S. C. Pişəvərinin rəhbərliyi ilə 1945-ci ildə Təbrizdə qurulmuş Azərbaycan Milli Hökumətinin himninin musiqisini bəstələyib.

1949-cu ildə "Arazın o tayında" vokal simfonik poemasını yaradır və bu əsərə görə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülür.1950-ci ildə "Arazın o tayında" poeması Moskvanın Sütunlu Salonunda və Leninqradda ifa olunub, lent yazısı isə Ümumittifaq Radiosunun Qızıl fonduna daxil edilib. 1962-ci ildə-Mirzə Ələkbər Sabirin 100 illik yubileyi münasibətilə Xor və simfonik orkestr üçün "Sabir" oratoriyasını yazıb. Cahangir Cahangirov "Azad" və "Xanəndənin taleyi" adlı iki operanın müəllifidir."Xanəndənin taleyi" operası inqilabdan əvvəl Azərbaycanda yaşamış məşhur xanəndə Seyid Mirbabayevin acı taleyindən bəhs edir.

Cah-cəlalla həyat sürmək xatirinə qürbət ölkədə var-dövlətini göyə sovurub yoxsullaşan, təkcə səsi yazılmış sınıq qrammofon valı qalmış xanəndənin bu yadigarı şikəst olmuş həyatının rəmzi kimi qavranılır. Onun "Ana", "Aylı gecələr", "Bakı", "Dan ulduzu, bir də mən", "Ay qız", "Ala göz" və s. mahnıları dillər əzbəridir.

Cahangir Cahangirovun bəzi gözəl mahnıları məhz teatr tamaşalarından, ekrandan "ayrılaraq" xalq arasında yayılıb. Bu mənada "Yenilməz batalyon" filmindən "Teymurun mahnısı"nı, "Koroğlu" filmindən "Xanəndə qızın mahnısı"nı, "Dəli Kür" filmindən "Ana kür" və "Bayatılar" mahnılarını yada salmaq olar. O, uzun müddət Zeynal Cabbarzadə, İslam Səfərli və Rəfiq Zəka ilə birlikdə çalışıb.

1947-ci ildə Nizaminin anadan olmasının 800 illik yubileyi günlərində bəstəkar şairin sözlərinə "Gül camalın" romansını və xor üçün "Qəzəl" əsərini yazıb. Azərbaycanın mütəfəkkir şairi İmaməddin Nəsiminin 600 illik yubileyi günlərində şairin bir qəzəli əsasında mahnı-romans yazıb. "Ənəlhəq" adlanan həmin əsər Azərbaycan Teleradio Verilişləri Şirkətinin keçirdiyi müsabiqədə birinci mükafata layiq görülüb.

Cahanir Cahangirov 1992-ci ilin martında vəfat edib. Məzarı Fəxri Xiyabandadır. ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗