Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Nəsir Əsədulla oğlu İmanquliyev 22 dekabr 1911-ci ildə Bakıda doğulub.1925–1926-cı illərd….
Nəsir Əsədulla oğlu İmanquliyev 22 dekabr 1911-ci ildə Bakıda doğulub.1925–1926-cı illərdə peşə məktəbini bitirib.1926-cı ildə komsomol sıralarına qəbul edilib.1934-cü ildə Bakı şəhərində Ferdinand Lassal adına Neft Texnikumuna daxil olaraq təhsilini davam etdirib. Dövri mətbuatda ilk yazıları 1934–1952-ci illərdə çap olunmağa başlayır. Həmin illərdə o, "Kommunist", "Yeni yol", "Gənc işçi", "Vətənin səsi" qəzetlərində ədəbi işçi, ədəbi şöbənin müdir müavini, şöbə müdiri, məsul katib, redaktor vəzifəsində çalışıb.
İkinci Dünya müharibəsi zamanı, 1942-ci ildə Nəsir İmanquliyev siyasi işçi kimi Krım cəbhəsinə göndərilib, orada "Vuruşan Krım" qəzetinin məsul katibi kimi fəaliyyət göstərib, eyni zamanda hərbi hissədə tərcüməçi kimi çalışıb. Bir il sonra, 1943-cü ildə "Kommunist" qəzetinə məsul katib təyin edilib, bu qəzetdə onun vətənpərvərlik mövzusuna həsr edilmiş bir çox məqalələri işıq üzü görüb. O, 1944-cü ildə Sovet İttifaqı Kommunist Partiyası sıralarına qəbul olunub.1946-cı ildə Moskvada Mərkəzi Qəzet kursunu bitirən Nəsir İmanquliyev 1947-ci ildə Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb.
O, Jurnalistika fakültəsinin "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi" kafedrasında dərs deyib. 1948–1950-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Təhsilini iki ilə başa vurub, daha sonra təhsilini Moskva Ali Partiya Məktəbində qiyabi olaraq davam etdirib.1958-ci ildə Nəsir İmanquliyev "Bakı" qəzetini yaradıb və 10 yanvar 1958-ci ildə qəzetin ilk nömrəsi işıq üzü görüb."Bakı" qəzeti 1958–1988-ci illərdə işıq üzü görüb.
Həmçinin, 1963–1988-ci illərdə "Баку" qəzeti rus dilində fəaliyyətə başlayıb. Nəsir İmanquliyev uzun illər yaratdığı bu iki qəzetin baş redaktoru vəzifəsində çalışıb. 1965-ci ildə "Böyük Vətən müharibəsi illərində (1941–1945) Azərbaycanda sənaye və nəqliyyat işçilərinin əmək fəallığının sürətləndirilməsi uğrunda mübarizədə "Kommunist" qəzetinin rolu" mövzusunda tarix elmləri namizədi alimlik dərəcəsi alıb.2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "N.
Ə. İmanquliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" Sərəncam imzalayıb. Həmin ildə Ömər Eldarovun müəllifliyi ilə yaşadığı binaya xatirə lövhəsi vurulub.
2007-ci ildə Bakı Dövlət Universitetində xatirə lövhəsi açılıb. 2011-ci ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Azərbaycanda Nəsir İmanquliyevin 100 illiyinə həsr olunmuş silsilə yubiley tədbirləri keçirilib. …
Nəsir İmanquliyev Yusif bəy Sultanovun qızı Gövhər Sultanzadə ilə ailə həyatı qurmuşdu və bu evlilikdən onların yeganə qız övladı, şərqşünas alim Aida İmanquliyeva dünyaya gəlmişdi. Aida xanım Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın anasıdır. Görkəmli elm adamı və ictimai xadim, Azərbaycan SSR Əməkdar jurnalisti (1990), Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1976) Nəsir İmanquliyev 7 mart 1998-ci ildə Bakıda vəfat edib və I Fəxri Xiyabanda dəfn edilib…
ALLAH RƏHMƏT ELƏSİN!
