Ölkənin «Birinci xanımı» (First lady) anlayışı dünya siyasətinə Amerika Birləşmiş Ştatlar…

Şrift
Ölkənin «Birinci xanımı» (First lady) anlayışı dünya siyasətinə Amerika Birləşmiş Ştatlar…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Ölkənin «Birinci xanımı» (First lady) anlayışı dünya siyasətinə Amerika Birləşmiş Ştatlar….

Ölkənin «Birinci xanımı» (First lady) anlayışı dünya siyasətinə Amerika Birləşmiş Ştatlarından (ABŞ) gəlib. XIX əsrin ortalarından başlayaraq Amerika prezidentlərinin xanımlarını sadəcə «First lady» adlandırmağa başlayıblar. Sonradan bu anlayış digər ölkələrə də yayılıb.

Maraqlıdır ki, ilk dəfə «ABŞ-ın birinci xanımı» adlandırılan şəxs prezidentin həyat yoldaşı olmayıb. 1857-1861-ci illərdə ABŞ-ın prezidenti olan James Buchanan (Ceyms Byukenen) subay olub. Onu rəsmi görüşlərdə qardaşı qızı Harriet Lane (Harriet Leyn) müşayiət edib.

J. Buchanan onu «Birinci xanım» kimi təqdim etdiyindən tezliklə bu termin Amerika siyasətinə daxil olaraq digər prezidentlər tərəfindən də istifadə olunub. Azərbaycan tarixində Mömünə xatun, İnanc xanım, Mehrcan xanım, I Şah İsmayılın yaxın sirdaşı olan Taclı xanım və qızı Pərixan xanım, Qubalı Fətəli xanın xanımı Tuti Bikə, Gəncə xanı Cavad xanın xanımı Bəyim xatun və s.

kimi xanımlar birinci xanım statusunda olublar. Sara Xatun Azərbaycan tarixində birinci xanım statusunda olub və Şərqdə ilk diplomat qadındır. Ağqoyunlu hökmdarı Uzun Həsənin anasıdır.

Bəzi ölkələrdə bu termin dövlət dilinə tərcümə olunur, məsələn, Latın Amerikasında Primera Dama, Fransada – Première Dame kimi ifadə olunur. ABŞ-da bu termin ilk dəfə 1849-cu ildə prezident Zakari Teylorun 4-cü prezident Ceyms Medisonun həyat yoldaşı Dolli Medisonun dəfn mərasimi zamanı onun haqqında vida nitqində istifadə edilib. Bununla belə, qeyd etdiyimiz kimi, “birinci xanım” adlandırılmağa başlayan ilk qadın ABŞ-nin15-ci prezidenti Ceyms Byukenenın qardaşı qızı Harriet Leyndir (Byukenen ABŞ-ın yeganə subay prezidenti idi və onun hakimiyyəti dövründə birinci xanımın vəzifələrini qardaşı qızı yerinə yetirirdi).

Lakin, bu anlayış yalnız 1877-ci ildən ümumi şəkildə istifadə olunmağa başladı. O zaman, jurnalist Meri Eyms prezident Raterford Heysin andiçmə mərasimi ilə əlaqədar qəzet reportajında "birinci xanım" ifadəsini onun həyat yoldaşı, Birləşmiş Ştatlarda populyar bir qadın olan Lyusi Heys haqqında yazarkən istifadə edib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗