Dəyərli dostlar, Azərbaycanda nazir vəzifəsində çalışan qadınlar haqqında silsilə paylaşı…

Şrift
Dəyərli dostlar, Azərbaycanda nazir vəzifəsində çalışan qadınlar haqqında silsilə paylaşı…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli dostlar, Azərbaycanda nazir vəzifəsində çalışan qadınlar haqqında silsilə paylaşı….

Dəyərli dostlar, Azərbaycanda nazir vəzifəsində çalışan qadınlar haqqında silsilə paylaşımlarımızı davam etdiririk. Bu dəfə əzablı yollardan keçən Zəhra xanım barədə qısa məlumat verəcəyik. Zəhra Adıgözəl qızı Kərimova 1909-cu ildə Zəngəzur qəzasının (hazırda Qubadlı rayonunun) Eyvazlı kəndində anadan olub.

1918-ci ildə erməni daşnaklarının azğınlığı nəticəsində Ağdama köçürlər. Əmək fəaliyyətinə 1920-ci ildə corab artelində başlayır. Gündüzlər işləyib, gecələr oxuyur.

Komsomola keçir və 1928-ci ildə Bakıya partiya məktəbində oxumağa gəlir. 1930-cu ildə partiyaya keçir və rayonlara işləməyə göndərilir. Masallı RPŞ-də təşviqatçı, Gəncə RPŞ-də partiya kadrlar şöbəsinin müdiri, 1934-cü ildə Ağcabədi MTS siyasi şöbəsinin müavini işləyir.

Zəhra Kərimova 1938-ci ildə Azərbaycan Kommunist Partiyası Kirov Rayon Komitəsinin birinci katibi seçilir, 1939–1940-cı illərdə Moskva Ali Partiya Məktəbində oxuyaraq XVIII qurultaya nümayəndə olur. 1942-ci ilin yanvar ayında Azərbaycan SSR xalq ictimai təminat komissarı təyin olunur.10 ildən artıq nazir olduqdan sonra 1952-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri seçilir. Zəhra Kərimova nazir işləyə-işləyə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə sənəd verərək oranı fərqlənmə diplomu ilə bitirir.

1954-cü ildə Nazirlər Sovetinə şöbə müdiri təyin edilir. 1942-ci ildə "Lenin" ordeni, 1945-ci ildə isə "Şərəf nişanı" ordeni ilə təltif olunur. 19599-cu ildən İttifaq əhəmiyyətli təqaüdçü olub.

1990-cı ildə Bakı şəhərində vəfat edib… ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗