Vətənim Media xəbər verir ki, ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə etmək məqsədilə oktyabrda Moskvaya səfər etməyi planlaşdırırlar. “Axios”un mənbələrə istinadən yaydığı məlumata görə, Vaşinqton noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərdən və qış başlamazdan əvvəl diplomatik irəliləyişə nail olmağa ümid edir.
Oktyabrın 8-də Uitkoff və Kuşner nizamlanma ilə bağlı təkliflərini ABŞ Prezidenti Donald Trampa təqdim edib, həmçinin Mayamidə Ukrayna nümayəndə heyəti ilə keçirilməsi gözlənilən iki günlük danışıqlardan əvvəl onun mövqeyini öyrəniblər. Tərəflərin Moskvaya planlaşdırılan səfərinin dəqiq tarixi barədə məlumat verilməyib.
Əsas mənbə: APA
