Vətənim Media xəbər verir ki, Prezident İlham Əliyev Xəzər dənizinin səviyyəsinin azalmasının səbəbləri sırasında çay axınının azalması və kənd təsərrüfatı fəaliyyəti ilə bağlı insan təsirini qeyd edib. O, bu fikirləri Türkmənbaşı şəhərində keçirilən Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında səsləndirib.
Dövlət başçısı davam edən dəyişikliklərin uzunmüddətli nəticələrini qiymətləndirməyin və bugünkü qərarlarda nəzərə almağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu yanaşma zəruri tədbirlərin vaxtında görülməsinə və dəniz səviyyəsinin daha da enməsinin təsirlərinin azaldılmasına kömək edə bilər. İlham Əliyev hüquqi baza, elmi imkanlar və qarşılıqlı fəaliyyət təcrübəsinin konkret nəticələr üçün əsas yaratdığına inamını ifadə edib.
Əsas mənbə: APA
