Ceyranbatanda binanın 9-cu mərtəbəsindəki mənzildə yanğın söndürülüb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Ceyranbatanda binanın 9-cu mərtəbəsindəki mənzildə yanğın söndürülüb

Vətənim Media xəbər verir ki, Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəki onmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzildə yanğın baş verib. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürmə və xilasetmə qüvvələri cəlb edilib.

Yanğın qısa müddətdə, genişlənməsinə imkan verilmədən söndürülüb. Təhlükəsizlik məqsədilə binanın sakinləri təxliyə olunub. Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗