Tovuzda evdəki yanğında bir nəfər tüstüdən zəhərləndi

Şrift
🔊 Xəbəri dinlə — Babək
Tovuzda evdəki yanğında bir nəfər tüstüdən zəhərləndi

Vətənim Media xəbər verir ki, Tovuzun Dondar Quşçu kəndində ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib. Alov kənd sakini Kəmalə Qasımovaya məxsus, ümumi sahəsi 100 kvadratmetr olan mənzildə başlayıb.

Yanğınsöndürənlərin müdaxiləsi ilə alov qısa müddətdə söndürülüb, binanın qalan hissəsi yanğından qorunub. Mənzilin 50 kvadratmetr sahəsi yanıb. Hadisə zamanı tüstüdən zəhərlənən ev sahibi xəstəxanaya yerləşdirilib; vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗