Vətənim Media xəbər verir ki, Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Sun Ley Ukrayna münaqişəsinin nəzarətdən çıxmasının qarşısının alınmalı olduğunu bildirib. O, böhranın siyasi yolla həlli üçün bütün tərəfləri və beynəlxalq ictimaiyyəti birgə səy göstərməyə çağırıb.
Diplomatın sözlərinə görə, hazırda əsas məqsəd gərginliyi azaltmaq, döyüşlərin münaqişə zonasından kənara yayılmasına imkan verməməkdir. Sun Ley tərəflər arasında ciddi fikir ayrılıqları qalsa da, son vaxtlar müəyyən təmasların baş tutduğunu qeyd edib və bu dialoqun davam etdirilməsinə, mərhələli şəkildə ortaq mövqeyə gəlməyə çağırıb.
Sun Ley hərtərəfli, davamlı və hüquqi baxımdan məcburi sülh sazişinin əldə olunmasını dəstəklədiyini vurğulayıb. O, Rusiya ilə Ukraynanın dinc yanaşı yaşamasını çıxış yolu kimi göstərərək, tərəflərin təhlükəsizliklə bağlı qanuni narahatlıqlarının və böhranın köklü səbəblərinin nəzərə alınmasının vacibliyini bildirib.
Əsas mənbə: APA
