Vətənim Media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Yəmənin “Ənsar Allah” hərəkatının (husilərin) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumundan narazı qaldığını bildirib. O, Ağ Evdə jurnalistlərlə söhbətində hadisəni yaxşı hesab etmədiyini və narazı olduğunu deyib.
Səudiyyə Ərəbistanı rəsmiləri hava limanına hücum edildiyini açıqlayıblar. Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, hücum nəticəsində azı üç Səudiyyə Ərəbistanı vətəndaşı həlak olub, bir neçə nəfər yaralanıb.
Əsas mənbə: APA
