Ukrayna Rusiyanın neft emalı zavodlarına PUA zərbələrini davam etdirəcək

Şrift
🔊 Xəbəri dinlə — Babək
Ukrayna Rusiyanın neft emalı zavodlarına PUA zərbələrini davam etdirəcək

Vətənim Media xəbər verir ki, Ukrayna Rusiyanın enerji obyektlərinə uzaqmənzilli pilotsuz uçuş aparatları ilə hücumları davam etdirməyi planlaşdırır. “Financial Times”ın jurnalisti Kristofer Millerin Ukrayna rəsmisinə istinadən yaydığı məlumata görə, rəsmi Rusiyanın neft emalı zavodlarına zərbələrin davam edəcəyini bildirib.

Millerin sözlərinə görə, Kiyevdə ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin Rusiya dizel yanacağının başqa ölkələrə tədarükü barədə razılığa gəldiklərini açıqlamasına narazılıq yaranıb. Jurnalist Ukrayna rəhbərliyinin Vaşinqtonun qərarını məyusluq və qəzəblə qarşıladığını qeyd edib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗