Vətənim Media xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov iki ölkə arasındakı münasibətlərin möhkəm təməllərə söykəndiyini və onların gələcəkdə də inkişaf etdiriləcəyini bildirib.
Səfirin sözlərinə görə, Azərbaycan-Türkiyə qardaşlığının kökləri dərindir və bu əlaqələr həm dövlət başçıları, həm də cəmiyyətin müxtəlif təbəqələri üçün eyni dərəcədə əhəmiyyətlidir. O, iki ölkənin münasibətlərini hədəf alan spekulyasiya və dezinformasiya hallarının müşahidə olunduğunu da qeyd edib.
Aslanov vurğulayıb ki, heç bir qüvvə Azərbaycan və Türkiyə arasındakı qardaşlığa zərər vura bilməz. Onun sözlərinə görə, bu münasibətlər qorunacaq və daha da inkişaf etdiriləcək.
Əsas mənbə: APA
