Vətənim Media xəbər verir ki, Rusiyanın Ukraynanın Zaporojye şəhərinə idarəolunan aviabombalarla endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 15-ə çatıb. Həlak olanların üçü uşaqdır. Hücumda 16 nəfər yaralanıb, yaralılar arasında iki uşaq var.
Zərbələr yaşayış evlərinə dəyib. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl hücum nəticəsində ölənlərin sayının 12 olduğunu, 14 nəfərin yaralandığını bildirmişdi. Onun sözlərinə görə, daha 12 nəfərin hücum zamanı həmin ərazidə olub-olmadığı araşdırılır. Zelenski həmçinin gecə ərzində ölkənin 13 vilayətinin hücuma məruz qaldığını, yaşayış evlərinə, infrastruktura və dəmir yoluna ziyan dəydiyini açıqlayıb.
Əsas mənbə: APA
