Vətənim Media xəbər verir ki, Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. Bu barədə yayılan məlumata əsasən, qərar hücumçunun baş məşqçi Jorje Jezuşla münaqişə yaşadığı vaxt komandanın düşərgəsini icazəsiz tərk etməsi ilə əlaqələndirilir.
41 yaşlı futbolçuya bir aydan altı ayadək diskvalifikasiya və pul cəzası verilə biləcəyi bildirilir. Cəzanın yekun müddətini Portuqaliya federasiyasının intizam komitəsi müəyyən edəcək. Hazırda mümkün sanksiyanın detalları barədə əlavə məlumat açıqlanmayıb.
Əsas mənbə: APA
