Oktyabrın 12-də bəzi rayonlarda yağış və şimşək gözlənilir

Şrift
🔊 Xəbəri dinlə — Babək
Oktyabrın 12-də bəzi rayonlarda yağış və şimşək gözlənilir

Vətənim Media xəbər verir ki, oktyabrın 12-də Azərbaycanın bəzi rayonlarında gündüz qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimal edilir. Ölkənin əksər ərazilərində hava əsasən yağmursuz olacaq, gecə və səhər isə bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi ayrı-ayrı rayonlarda arabir güclənə bilər.

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gündüz bəzi yerlərdə az yağış ehtimalı var. Paytaxtda gecə 15-18, gündüz 21-26 dərəcə isti, bölgələrdə isə gecə 14-18, gündüz 21-26 dərəcə isti gözlənilir. Dağlıq ərazilərdə temperatur gecə 4-9, gündüz 13-18 dərəcə olacaq.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗