Vətənim Media xəbər verir ki, Kamboca Krallığının Baş naziri Hun Manet oktyabrın 11-də Azərbaycana rəsmi səfərə gəlib. Onu həyat yoldaşı Piç Çanmoni müşayiət edib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın qarşılanması üçün fəxri qarovul dəstəsi düzülüb, Azərbaycan və Kambocanın dövlət bayraqları dalğalanıb. Hun Maneti və həyat yoldaşını Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
Əsas mənbə: APA
