Vətənim Media xəbər verir ki, oktyabrın 12-də Bakının Yasamal rayonunda bəzi küçələrdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq. Məhdudiyyət saat 10:00-dan 13:00-dək qüvvədə olacaq.
Təmir işləri rayonun enerji təchizatı idarəsinin ərazisində yerləşən transformator məntəqəsində aparılacaq. Elektrik enerjisinin verilişi Abbas Mirzə Şərifzadə, E. Ağayev, Ə. Əhmədov, Vasif Əliyev və Mehman Bünyadzadə küçələrinin bir hissəsində məhdudlaşdırılacaq. İşlər başa çatdıqdan sonra həmin ərazilərdə enerji təchizatının keyfiyyətinin artırılması nəzərdə tutulur.
Əsas mənbə: APA
