FHN ötən həftə 49 nəfəri xilas edib, 8 nəfərin meyitini təhvil verib

Şrift
🔊 Xəbəri dinlə — Babək
FHN ötən həftə 49 nəfəri xilas edib, 8 nəfərin meyitini təhvil verib

Vətənim Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olan müraciətlər əsasında ötən həftə 135 yanğına çıxış edilib. Həmçinin köməksiz vəziyyətdə qalma ilə bağlı 40, avtomobil qəzaları üzrə isə 3 xilasetmə əməliyyatı aparılıb.

Nazirliyin qüvvələri 12-si azyaşlı olmaqla 49 nəfəri xilas edib, 3-ü azyaşlı olmaqla 21 nəfəri təxliyə edib. Hadisələr nəticəsində 9 nəfər xəsarət alıb. Bağlı qapı, avtomobil qəzası və digər hallarla əlaqədar 8 nəfərin meyiti təhvil verilib.

FHN-in məlumatına görə, görülən tədbirlər nəticəsində yanğınlar operativ söndürülüb və insanların həyatının xilas edilməsi təmin olunub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗