Vətənim Media xəbər verir ki, Göygöl rayonunun Çaykənd kəndində 62 yaşlı kişi ağacdan yıxılaraq həyatını itirib. Hadisə kənd sakini, 1964-cü il təvəllüdlü X. Cəlilovun yaşadığı evin həyətində baş verib.
Məlumata görə, kişi qoz ağacından yıxıldıqdan sonra ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Əsas mənbə: APA
