Vətənim Media xəbər verir ki, Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi beynəlxalq kampaniya çərçivəsində oktyabrın 11-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda mina qurbanlarına həsr olunmuş ekspozisiya təşkil edib. Şəhərin mərkəzindəki Qurtuluş meydanında açılan nümayişdə Ermənistanın Azərbaycana qarşı mina müharibəsindən zərər çəkmiş insanların həyat hekayələrini və partlayışların ağır nəticələrini əks etdirən sənədli fotoşəkillər yer alıb.
Təşəbbüs BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində “minasız dünya” hədəfinin elan olunmasına dəstək məqsədi daşıyır. “Gilavar” Foto Klubu 2026-cı ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun ANAMA ilə tərəfdaşlıqda keçirdiyi mina və partlamamış hərbi sursatlar probleminə dair qrant müsabiqəsinin qalibi olub.
Əsas mənbə: APA
