Vətənim Media xəbər verir ki, “Qatar Airways” və “Etihad Airways” təhlükəsizlik səbəbilə Səudiyyə Ərəbistanının bir sıra şəhərlərinə uçuşları müvəqqəti dayandırıb. Qərar Ər-Riyad hava limanının yenidən hücuma məruz qalması, xəsarət alanların olması və hava limanının fəaliyyətinin dayandırılması barədə açıqlamadan sonra verilib.
“Qatar Airways” Ər-Riyad və Dammama bütün reyslərini müvəqqəti dayandırıb. “Etihad Airways” Əbu-Dabi ilə Ər-Riyad arasındakı uçuşları oktyabrın 19-dək ləğv edib, Ciddə və Dammama bəzi reysləri isə bir neçə gün müddətinə dayandırıb.
Əsas mənbə: APA
