Vətənim Media xəbər verir ki, oktyabrın 13-də Bakının Yasamal və Xətai rayonlarının bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr olacaq. “Azərişıq” ASC-nin məlumatına görə, işlər transformator məntəqələrində aparılacaq və məqsəd enerji təchizatının keyfiyyətini yüksəltməklə yanaşı artan tələbatı qarşılamaqdır.
Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Eldar Ağayev, Mehman Bünyadzadə, Məhəmməd Xiyabani, Rahib Tağıyev və Vasif Əliyev küçələrinin bir hissəsində elektrik verilişi məhdudlaşdırılacaq. Xətai rayonunda isə Cavanşir, Corat, Xudu Məmmədov, İlham Məmmədov küçələrinin, eləcə də Əhmədli yolu və 8-ci, 9-cu dairəvi küçələrin bəzi ərazilərində saat 09:30-dan 13:00-dək qısamüddətli fasilə gözlənilir. Təmir başa çatdıqdan sonra abonentlərin daha keyfiyyətli və dayanıqlı enerji ilə təmin ediləcəyi bildirilib.
Əsas mənbə: APA
