Vətənim Media xəbər verir ki, Azərbaycan ilə NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində keçirilən təlimin iştirakçıları Bakının tarixi-mədəni məkanlarına ekskursiya ediblər. Səfər “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” üzrə təlimin üçüncü görüşü və birinci səviyyəli özünüqiymətləndirmə təlimi çərçivəsində təşkil olunub.
İstirahət günlərində nümayəndə heyətləri Heydər Əliyev Mərkəzi və Zəfər Muzeyində olublar. Qonaqlar paytaxtın muzeyləri və mədəniyyət məkanları ilə tanış olublar. Təlim iştirakçılarının səfəri tədbir planına uyğun keçirilib.
Əsas mənbə: APA
