Bakı, Sumqayıt və Abşeronda oktyabr pensiyaları ödənilib

Şrift
Bakı, Sumqayıt və Abşeronda oktyabr pensiyaları ödənilib

Vətənim Media xəbər verir ki, Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə oktyabr ayının pensiya ödənişləri həyata keçirilib. Ödənişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu bu gün edib.

Naxçıvan Muxtar Respublikası üzrə oktyabr pensiyaları isə ayın 7-də ödənilib. Ölkənin digər bölgələrində yaşayan pensiyaçıların, eləcə də güzəştli şərtlərlə pensiya hüququ olan şəxslərin bu ay üzrə ödənişləri müəyyən edilmiş qrafikə uyğun aparılacaq.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗