Ani Ödənişlər Sistemi sentyabrda 2 milyard manatdan çox dövriyyə yaradıb

Şrift
Ani Ödənişlər Sistemi sentyabrda 2 milyard manatdan çox dövriyyə yaradıb

Vətənim Media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə sentyabrda aparılan aylıq əməliyyatların ümumi məbləği ilk dəfə 2 milyard manatı ötüb. Ay ərzində gündəlik əməliyyat sayı da ilk dəfə 1 milyon həddini keçib.

Yanvar-sentyabr aylarında sistem üzərindən 8,84 milyard manat məbləğində 102,15 milyon əməliyyat həyata keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə dövriyyə 5,7 dəfə, əməliyyatların sayı isə 25,1 dəfə artıb. AÖS ödənişləri sutkanın 24 saatı real vaxtda emal edir və maliyyə subyektləri ilə ödəniş xidməti təchizatçılarına vəsaitləri çevik idarə etmək imkanı yaradır.

Mərkəzi Bankın bildirdiyinə görə, sistemin imkanları ölkədə ödəniş ekosisteminin genişlənməsinə və yeni rəqəmsal ödəniş həllərinin tətbiqinə dəstək verir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗