Vətənim Media xəbər verir ki, “Discover the World” Azərbaycan Hava Yollarının (AZAL) Belçika və Niderland üzrə nümayəndəsi təyin olunub. Şirkət bu iki ölkədə turizm agentlikləri, korporativ səyahət xidmətləri alan qurumlar və digər tərəfdaşlarla işləyərək aviaşirkətin tanıdılmasına və satışlarının artırılmasına dəstək verəcək.
Əməkdaşlıq çərçivəsində AZAL-ın beynəlxalq marşrut şəbəkəsi barədə məlumatlılığın artırılması, yerli turizm sektoru ilə əlaqələrin qurulması və yeni satış imkanlarının müəyyənləşdirilməsi nəzərdə tutulur. Belçika və Niderland bazarları aviaşirkətə Qərbi Avropada fəaliyyətini genişləndirmək, Azərbaycanla yanaşı şəbəkəsindəki digər istiqamətlərə turizm və işgüzar səfərlər üçün bağlantıları inkişaf etdirmək imkanı yaradır. “Discover the World”un qlobal müştərilər üzrə satış rəhbəri Terri Smit əməkdaşlığın genişlənməsinin hər iki bazarda AZAL-ın tanınmasına və tərəfdaşlıq əlaqələrinin güclənməsinə töhfə verəcəyini bildirib.
Əsas mənbə: APA
