Vətənim Media xəbər verir ki, Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Thi An Suan oktyabrın 14-də Azərbaycana səfərə gəlib. O, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Toplantısında iştirak edəcək.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Vyetnamın vitse-prezidentini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.
Əsas mənbə: APA
